Korporativ Həllər | info@marsell.az

Asan İmza: Sahibkarlar üçün 2025

asan imza

Mündəricat

Asan İmza nədir?

Asan İmza (Mobil ID) mobil telefon vasitəsilə elektron mühitdə identifikasiya və rəqəmsal imza xıdməti təqdim edir. Bu texnologiya sayəsində istənilən vaxtda elektron imzalar atmaq, habelə rəqəmsal tərəfdən təmin edilən xıdmətlərdən yararlanmaq mümkün olur. Məhsul, həm şəxsi istifadə, həm də biznes ehtiyacları üçün çox əhəmiyyətlidir.

 

Asan İmzanın (Aİ) üstünlükləri

  1. Elektron idarəetmə: Hər hansı bir fiziki məkan tələb etmədən, sürətli və asan imza imkanı.

  2. Hüquqi qüvvə: Elektron imzalar hüquqi cəhətdən əl imzası ilə eyni statusa malikdir.

  3. Məxfiliyin qorunması: Yüksək səviyyəli məlumat təhlükəsizliyi.

  4. Vaxta qənaət: Bütün proses mobil vasitələ idarə olunduğundan çox qısa zamanda yerinə yetirilir.

 

Asan İmzanın istifadə sahələri

Aİ sahibkarlar və şəxsi istifadə çərçivəsində çox mükəmməl imkanlar yaradan bir texnologiyadır. Bura aşağıdıkı sahələr daxildir:

  • Vergi xidmətləri: Elektron bəyannamə təqdim olunması və öhdəliklərin yerinə yetirilməsi.

  • Maliyyə idarəetməsi: Bank ödənişlərinin təsdiqi.

  • Dövlət xıdmətləri: Gömrük bəyanatları, çıxarışlar və sairə xıdmətlər.

 

Asan İmza əldə etmək üçün addımlar

  1. SİM kartı əldə edin: Aİ  xidmətini dəstəkləyən mobil operatorlardan (Azercell, Bakcell, Nar) yeni SİM kartı alın. eSIM istifadəçiləri də bu xidmətdən yararlana bilər.

  2. Sertifikatı aktivləşdirin: Mobil operatorunuzdan aldığınız kartı Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) təqdim edin. Sertifikat aktiv olduqdan sonra xidmətdən istifadə etməyə başlaya bilərsiniz.

 

Asan İmza (Aİ) sertifikatlarının etibarlılıq müdəti və yenilənməsi

Aİ sertifikatları adətən 3 il müdətə tətbiq olunur. Sertifikatın müdəti bitməmişdən əvvəl yenilənməsi çox asan prosesdir. Bunun üçün sertifikatınızı bitmə tarixindən əvvəlki 30 gün ərzində yeniləmə ünvanına müraciət etmək kifayətdir.

 

Aİ xidmətinin tarifləri

Aİ  xıdməti istifadə edilən mobil operatora görə müxtəlif tariflər təklif edir. Mövcud aylıq abunə haqqı 2.50 AZN təşkil edir və bu məbləğ istifadə etdiyiniz dövr boyunca balansınızdan avtomatik çıxılır. Xidmətə aid daha geniş məlumatı mobil operatorlarınızdan əldə edə bilərsiniz.

Sahibkarlar üçün Asan İmzanın əhəmiyyəti

Sahibkarlar üçün müasir biznes proseslərini sadələşdirir və rəqəmsal dövrdə fəaliyyət göstərmək üçün vacib alət rolunu oynayır. Bu xidmətin sahibkarlara olan əhəmiyyəti aşağıdakı məqamlarla izah edilə bilər:

  1. İş proseslərinin avtomatlaşdırılması: Asan İmza sayəsində müqavilələr, sənədlərin təsdiqi və digər hüquqi proseslər qısa zamanda həyata keçirilir. Bu, şirkətlərə əlavə resurs və vaxt qazandırır.
  2. Müştəri bazasının genişləndirilməsi: Elektron platformalarda daha çox müştəriyə çatmaq və onlara yüksək səviyyəli xidmət təqdim etmək imkanı yaradır.
  3. Hüquqi tələblərə uyğunluq: Sahibkarlar vergi və digər qanunvericilik öhdəliklərini Asan İmza vasitəsilə rahat şəkildə yerinə yetirə bilirlər.
  4. Təhlükəsizlik və etibarlılıq: Elektron imza sayəsində məlumatların məxfiliyi və hüquqi təhlükəsizlik təmin edilir. Bu, xüsusilə kommersiya sirrinin qorunmasında böyük rol oynayır

Nəticə

Asan İmza, rəqəmsal dövrün tələblərinə uyğun inkişaf etdirilmiş bir xidmət olaraq, həm fərdi şəxslər, həm də sahibkarlar üçün geniş imkanlar yaradır. Sürətli, təhlükəsiz və hüquqi cəhətdən etibarlı olan bu xidmət, müasir biznesin ayrılmaz hissəsinə çevrilib. Xüsusilə sahibkarlar üçün Asan İmza iş proseslərinin rəqəmsallaşdırılmasında, hüquqi və maliyyə öhdəliklərinin yerinə yetirilməsində böyük üstünlüklər təqdim edir.

Daha ətraflı məlumat və xidmətə qoşulmaq üçün rəsmi Asan İmza platformasına müraciət edə bilərsiniz.

asan imza
Postu Paylaş:

Oxşar Yazılar

asan imza çökdü

Asan İmza Çökdü -2025

Asan İmza Sistemi  Çökdü   Son günlərdə “Asan imza” sistemində yaranan problem ölkənin rəqəmsal ekosistemində ciddi çətinliklər yaradıb. Artıq bir sutkadan

Ətraflı